3 Noyabr 2014 20:33
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə kişi keçmiş həyat yoldaşını və ərini qətlə yetirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Mersinin Sentyabr Park Binanısının qarşısında baş verib. Xədicə və Fevzi Uysal cütlüyü səhər idmanı edib geri qayıdarkən Xədicə Uysalın 2012-ci ildə boşandığı keçmiş həyat yoldaşı Mətin.G tərəfindən öldürülüb.

Polisin verdiyi məlumata görə, Mətin.G. Uysal cütlüyünə silahla 8-9 dəfə atəş açıb.

Hadisə yerinə gələn polis silahı başına dirəyən cinayətkarı çətinliklə də olsa təslim olmağa razı sala bilib.

Təqaüdçü olduğu bildirilən Mətin “Məndən ayrılıb evlənincə bunu həzm edə bilmədim” deyib.

Hadisə ilə əlaqədar istintaq davam edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər