17 İyun 2021 08:05
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qaidə” terrorçu təşkilatının qurucusu Üsamə bin Ladenin qardaşı qızı Nur ben Laden İsveçrənin Cenevrə şəhərində, əlində “Tramp qalib gəldi” plakatını tutaraq Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Cozef Baydenin görüşünə etiraz edib.

Teleqraf.com xəbər verir ki, Nur bin Laden bir neçə gündür Amerika və Rusya liderlərinin görüşdüyü Cenevrə şəhərində etiraz edir. Onun fikrincə, keçmiş dövlət başçısı Donald Tramp 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində qələbə qazanıb.

Yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, qaydanı pozduğuna görə onu həbslə hədələyiblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər