17 İyun 11:08
553

Ukrayna Prezidenti Vladimir Zelenski müsahibə zamanı Rusiya lideri Vladimir Putin haqda bir sualı rus dilində cavablandırıb.

Teleqraf.com xəbər verir ki, Putinin Ukrayna ilə mümkün görüş barədə sözlərini şərh edən Zelenski ana dilindən rus dilinə keçib.

“Rusiya tərəfinin ikitərəfli münasibətlərlə bağlı bir milyon fərqli sualı ola bilər. Bizim də bir milyon sualımız ola bilər. Ancaq insanlar müharibəni bitirmək, münasibətləri normallaşdırmaq istəyəndə deyirlər: Tanrı qorusun, bu istəklə gedib görüşək”, - Ukrayna lideri bildirib.

Zelenski Putinlə görüşünü “qaçılmaz” adlandırıb.

Onun fikrincə, Rusiya tərəfi qəsdən danışıqların başlamasını təxirə salır. Eyni zamanda, hər iki ölkənin ortaq tarixə sahib olduğu üçün rusların müharibə istəmədiklərini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu