17 İyun 2021 11:27
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiyaya tətbiq olunan sanksiyaların ləğv edilməsi ehtimalından danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “Fox News”a müsahibəsində bildirib.

Tramp hakimiyyətdə olanda Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Moskvanın atdığı addımları düzəldəcəyi təqdirdə onları ləğv etmək istədiyini də dilə gətirib.

Keçmiş dövlət başçısı ABŞ-Rusiya münasibətlərinin heyrətamiz və qarşılıqlı faydalı ola biləcəyini də qeyd edib:

“Onların iqtisadiyyata, bizim də onların sahib olduqları şeylərə ehtiyacımız var. Mineral ehtiyatları baxımından çox qiymətli torpaqlara sahibdirlər”.

Tramp Amerika lideri Co Baydenlə rusiyalı həmkarı Vladimir Putin arasındakı görüşü “Rusiya üçün yaxşı bir gün” adlandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu