3 Noyabr 2014 23:39
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

4 noyabr 2014-cü il Aşura günüdür. Gəncə şəhər İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə nümayəndəliyi tərəfindən Aşura gününün mütəşəkkil və təhlükəsizlik şəraitində keçməsi üçün ciddi hazırlıq işləri aparıb.

Nəinki bölgədə, eləcə də ölkəmizdə əsas dini ziyarətgahlardan biri olan “İmamzadə” dini kompleksində ziyarətçilər üçün hər cür şəraiti olan çadırlar qurulub, istilik, su ilə təmin olunub. Zəvvarlara tibbi xidmət göstərmək məqsədi ilə ixtisaslaşdırılmış həkim briqadası və təcili tibbi yardım maşınları ayrılıb.

Şəhərin müxtəlif yaşayış massivlərindən ziyarətçilərin “İmamzadə” dini kompleksinə daşınması üçün pulsuz nəqliyyat təşkil edilib.

Aşura günündə talassemiyalı xəstələr üçün qanvermə aksiyası keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər