Fransa Prezidenti Emmanuel Makron Somma şəhərində bir orta məktəbə baş çəkib.
Teleqraf.com xəbər verir ki, bu vaxt məktəbin şagirlərindən biri Fransa liderinə qəribə sual ünvanlayıb.
Azyaşlı Makrona xitabən, “Üzünə vurulan şillə necə idi?”, sualını verib.
Şagirdin sualına gülümsəyən Makron “xoş deyildi” cavabını verib:
“Xoş bir şey deyildi. Məktəbdə də, kimisə vurmaq yaxşı bir şey deyil. Yol verdiyi bu davranış xətalı idi”.