Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 59 nəfər olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 224 128 nəfər test edilib, onların 5575-nin koronavirus testi pozitiv nəticə verib. Bu gün koronaviruslu ağır xəstələrin sayı 856 nəfər olub.
Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 071 nəfər dünyasını dəyişib.
Türkiyədə indiyədək 5 359 728 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 5 224 224 nəfəri müalicə olunaraq evə buraxılıb.