Ağ Ev Ukraynaya milyonlarla dollarlıq hərbi yardımı müvəqqəti dayandırıb.
Teleqraf.com xəbər verir ki, söhbət Kiyevə 100 milyon dolların ayrılmasından gedir.
“Politico”nun məlumatına görə, müvafiq qərar ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə görüşündən sonra verilib.
Vaşinqtonun təkcə maddi yardımı yox, Ukraynaya göndərilməsi planlaşdırılan silah paketini də dondurduğu qeyd olunub. Amerika tərəfi Kiyevə qısamənzilli hava hücumundan müdafiə sistemləri, atıcı silahlar və müxtəlif tank əleyhinə silahlar göndərəcəkdi.
Rusiya və Amerika prezidentlərinin görüşü iyunun 16-da Cenevrədə baş tutub. Liderlər üç saat yarım danışıblar.