Rusiyanın Kemerovo vilayətində paraşüt idmançılarını daşıyan “L-410” tipli yüngül mühərrikli təyyarə havaya qalxarkən mühərriklərdən biri sıradan çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hava limanına dönən təyyarənin sərt eniş nəticəsində sol qanadı yerə çırpılıb və təyyarə aşıb.
Qəza nəticəsində 2 pilot daxil olmaqla 9 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Hadisə ilə bağlı istintaq başlayıb.