Serbiyanın Cacak qəsəbəsi yaxınlığındakı “Sloboda” hərbi müəssisəsində partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Partlayış yerli vaxtla saat 20:00 radələrində (Bakı vaxtı ilə 22:00) qeydə alınıb. Yerli sakinlər sosial şəbəkələrdə partlayışın fotolarını yerləşdirirlər.
Hələlik zərərçəkənlər barədə məlumat verilmir. Bildirilib ki, bu iyun ayı ərzində müəssisədə baş verən ikinci hadisədir.