4 Noyabr 2014 07:13
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentinanın paytaxtı Buenos-Ayres və şəhər ətrafında baş verən daşqınlar nəticəsində 5 200 nəfər zərər çəkib.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Argentinanın baş naziri Xorxe Kapitaniç bildirib.

Paytaxtda La-Plata çayı yaxınlığındakı ərazilər su altında qalıb, elektrik enerjisi kəsilib. Təbii fəlakət 19 şəhərətrafı qəsəbədə fəsadlar törədib. İki nəfər bədbəxt hadisə nəticəsində həyatını itirib.


Müəllif:

Oxşar xəbərlər