4 Noyabr 2014 07:23
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT baş katibi Pan Gi Mun Ukraynadakı vəziyyətlə bağlı əvvəlki kimi narahatdır.

Teleqraf.com-un “Rosbalt” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pan Gi Mun mətbuat katibi Stefan Düjarrik bəyan edib.

“BMT baş katibi hər iki tərəfi Minsk razılaşmalarına əməl etməyə və münaqişəni sülh yolu ilə həll olunmasına dair əməkdaşlıq etməyə çağırır", deyə Düjarrik vurğulayıb.

Onun sözlərinə görə, Pan Gi Munun seçkilər ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Bundan əvvəl BMT baş katibi noyabrın 2-də Donbasda keçirilən seçkiləri Ukraynanın Konstitusiyası və qanunvericiliyinə zidd olduğunu bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər