21 İyun 2021 14:26
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Ermənistandakı seçkilərdə Paşinyanın partiyasının inamlı qələbəsini görür.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz seçimi münasibətilə erməni xalqını təbrik edirik... Əlbəttə, biz erməni xalqının bu seçiminin ölkənin hazırda yaşadığı çətinliklərin öhdəsindən gəlməsinə və davamlı inkişaf trayektoriyasına, o cümlədən Rusiya Prezidentinin bilavasitə iştirakı ilə əldə olunmuş və imzalanmış üçtərəfli razılaşmaların reallaşdırılmasına gətirib çıxarmasını arzulayırıq”, - deyə D.Peskov qeyd edib.


Müəllif: Səxavət