22 İyun 2021 08:45
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Cozef Bayden ABŞ-ın KXDR-ə qarşı birtərəfli sanksiyalar rejimini daha bir il uzadıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yayımladığı sənədlərdə deyilir.

Sanksiyalar 2008, 2010, 2011, 2015, 2016 və 2017-ci illərdə imzalanmış bir sıra prezident fərmanları əsasında qoyulmuş məhdudiyyətlərin davamını təmin edir və Pxenyana qarşı tətbiq edilən fövqəladə vəziyyətin uzadılmasına aiddir.

Vaşinqton tərəfindən həyata keçirilən məhdudiyyətlər Pxenyanın kütləvi qırğın silahlarının və onların çatdırılmasının qarşısını almağa yönəlmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər