23 İyun 2021 20:42
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın Rusiyadakı səfiri Britaniya esminesinin Qara dənizdə dövlət sərhədini pozduğu üçün Xarici İşlər Nazirliyinə çağrılacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

“Biz bunu beynəlxalq və Rusiya qanunlarına zidd olan kobud ingilis təxribatı kimi qiymətləndiririk”, - deyə diplomat brifinq zamanı bidirib.

İyunun 23-də Britaniya Hərbi Dəniz Qüvvələrinin esminesinin Rusiyanın dövlət sərhədini pozaraq Fiolent burnu yaxınlığındakı ərazi sularına girməsi barədə məlumat yayılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər