24 İyun 2021 12:06
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Berlində baş tutan Liviya zirvə görüşündə ölkədə olan əcnəbi hərbçilərin çıxarılması haqda müzakirələr aparılıb.

Teleqraf.com xəbər verir ki, Liviyada bir-birinə qarşı duran tərəfləri dəstəkləyən Türkiyə və Rusiyanın əcnəbi əsgərlərin mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutan razılaşma əldə etdiyi iddia olunur.

Mütəxəssislər hesab edirlər ki, BMT-nin təşkilatçılığı ilə Berlində baş tutan Liviya zirvə görüşündə mühüm məsələlər müzakirəyə çıxarılıb.

Türkiyə daxil olmaqla bir sıra ölkənin qatıldığı müzakirələrdə atəşkəsin bir hissəsi olaraq xarici hərbçilərin və muzdlu döyüşçülərin Liviyadan çıxarılması və dekabrda keçiriləcək seçkilərlə bağlı təhlükəsizliyin təmin olunmasını hədəfləyirdi.

Liviya Xarici işlər naziri Najla Manqoş görüşdən sonra mətbuat konfransında detallar haqqında danışmasa da, deyib ki, bir neçə gün içərisində iki tərəfdən də birliklərin geri çəkiləcəyinə ümid edir.

ABŞ Dövlət Departamentinin yüksək çinli diplomatı bildirib ki, Liviyada qarşı tərəfləri dəstəkləyən Türkiyə və Rusiya xarici və muzdlu hərbçilərin hər iki tərəfdən çəkilməsini təmin edəcək anlaşma əldə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər