25 İyun 2021 23:56
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 56 nəfər həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 222 min 936 nəfər test edilib, onların 5 min 630-nun koronavirus testi pozitiv nəticə verib, 7 min 184 nəfər sağalıb. Koronaviruslu ağır xəstələrin sayı 737 nəfər olub.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 49 min 473 nəfər ölüb.
Türkiyədə indiyədək 5 miyon 398 min 878 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan milyon 261 min 892 nəfəri müalicə olunaraq evə buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər