İtaliyada COVID-19-un Hindistanda mutasiya keçirmiş delta növünə yoluxanların sayı sürətlə artır.
Teleqraf.com xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi ölkədə İngiltərədə mutasiya keçirmiş Alfa növünün və Delta növünün sürətlə yayıldığı barədə xəbərdarlıq edib.
Əgər may ayında 4,2 faiz insan delta növünə yoluxmuşdusa, hazırda bu rəqəm 16,8 faizə yüksəlib. Təkcə ötən sutka ərzində İtaliyada 753 nəfər virusa yoluxub, 56 nəfər dünyasını dəyişib. Pandemiya dövrü başlayandan bəri isə ölkədə 4 milyon 256 min 451 nəfər virusa yoluxub, 127 min 418 nəfər ölüb. Hazırda 60 min 235 nəfər aktiv xəstə müalicə alır.
Mütəxəssislər vaksinasiyanın delta növünə qarşı da effektli olduğunu açıqlayıblar. Ölkədə 48 milyon 521 min 442 nəfər peyvənd olunub.