Meksikanın şimalında mafiyalar arasında baş verən silahlı qarşıdurmada 18 nəfər öldürülüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Zakatekas əyalətində bir-birinə rəqib olan 2 mafiya arasında əraziyə nəzarət uğrunda qarşıdurma yaşanıb.
Silahlı qarşıdurma CJNG ilə Sinaloa mafiyası arasında baş verib. Ən azı 18 nəfər ölüb.
Meksika hökuməti bölgəyə çox sayda təhlükəsizlik xidməti əməkdaşını yollayıb.
Qeyd edilir ki, Meksikanın ən güclü və amansız cinayətkar şəbəkəsi olan Jalisko bölgə və ətrafını Sinaloa mafiyasından almaq üçün vuruşur.