26 İyun 2021 20:41
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın sabiq prezidenti Donal Trampın şirkətləri və iş əlaqələrinə yönəlik Nyu-York prokurorluğu tərəfindən aparılan araşdırma başa çatdırılıb, yaxın günlərdə məhkəmə prosesi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu York Timses” qəzeti bildirib.

Qeyd olunub ki, Trampın vəkilləri artıq bu barədə məlumatlandırılıb.

Qeyd edilir ki, Manhetten prokuroru Kyrus Vanke Trampın şirkətlərindəki iş metodu, vergi ödəmələri və digər məsələlərlə bağlı 2 ildir araşdırma aparır.

Bu ilin fevralında prokuror Tramp şirkətlərinin son 8 illik vergi qeydlərinə çıxış əldə edə bilib.


Müəllif: Cavad