İrəvan-Armavir şosesi aksiya səbəbindən bağlanıb.
Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, aksiyaya çıxanlar əsasən Ovtaməc kəndinin fermerləri olub.
“Qubernator gələnə qədər yolu açmayacağıq”, - deyən kəndlilərin məhsulları faktiki olaraq məhv olur.
Onlar deyiblər ki, mövsümlə əlaqəli olraq hər şey əkiblər, hətta suyun pulunu da veriblər, lakin su yoxdur. Məhsulu sulamaq üçün su tapılmadığını bildirən fermerlər tələb ediblər ki, qubernator kreslosundan qalxaraq əraziyə gəlsin və onların problemlərini həll etsin.
Polislər yolu açmağa cəhd etsələr də, buna nail ola bilməyiblər. Əvəzində qarşıdurma yaranıb.