Türkiyədə son 24 saat ərzində daha 51 nəfər yeni növ koronavirusun qurbanı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 49 524 nəfərə çatıb.
Ölkədə 5 266 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 404 144 nəfərə çatıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 7 402 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 269 294 nəfər təşkil edir.