Eş-Şebab terror təşkilatının 21 üzvü edam olunub.
Teleqraf.com xəbər verir ki, terrorçuların edamı Somalinin Puntland yarım muxtar bölgəsində həyata keçirilib.
Hərbi məhkəmə tərəfindən edama məhkum olunan terrorçular 18-nin 10 ildən çoxdur ki, suiqəsd və terror aktlarında iştirak etdiyi ifadə olunub.
Terrorçuların edam olunduğu saatlarda Eş-Şebabın Muduq bölgəsindəki Visil qəsəbəsinə hücum edərək azı 20 əsgəri öldürdüyü iddia edilib.
Eş-Şebab Somalinin cənub və orta bölgələsinə nəzarət edir. Hiraal İnstitutu tərəfindən aparılan araşdırmaya görə, terror təşkilatı Somali hökumətindən daha çox pul toplayır.