Rusiya ABŞ və İtaliya daxil olmaqla, bir sıra ölkələrə hava uçuşlarını bərpa edir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Operativ Qərargahı məlumat yayıb.
Açıqlamada bəzi ölkələrə uçuşların təkrar başadığı haqda qərar verdiyi bildirilib. Qərara əsasən ABŞ, İtaliya, Belçika, Bolqarıstan, İordaniya, İrlandiya, Cənubi Kipr, Şimali Makedoniya və daha bir neçə ölkəyə təyyarə uçuşlarının başladıldığı qeyd olunub.
Eyni zamanda əlavə edilib ki, Rusiyadan Vyana, Bakı, İrəvan, Qətər, Belqrad, Helsinki, Surix, Dubrovka, Cenevrə və digər şəhərlərə mövcud olan uçuşların sayı artırılacaq.