Türkiyə Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatının (MİT) birgə keçirdiyi əməliyyat zamanı Şimali İraqın Qara bölgəsində öldürülən 3 PKK terrorçusu Türkiyədə terror aktları törətmək üçün təşkilatlanma həyata keçirməli imiş.
Teleqraf.com xəbər verir ki, iyunun 27-də Müdafiə Nazirliyi təspit edilən 3 terrorçunu zərərləşdirdiyini elan etmişdi.
Bu gün isə bəyan edilib ki, MİT-lə birgə keçirilən əməliyyatda zərərsizləşdirilən terorçular Türkiyədə terror aktları həyata keçirmək məqsədilə terror planlarının qurulması və xüsusi qrup yaratmaq üçün fəaliyyət göstərirmiş.