28 İyun 2021 18:38
950
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ qırıcılarının İraq-Suriya sərhədlərində İran tərəfindən dəstəklənən şiə silahlı dəstələrinə hava zərbələrin endirməsi “bölgədə sabitliyi pozur”.

Teleqraf.com xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

İran diplomatı ABŞ-ın yeni administrasiyasının yalnız İrana qarşı sanksiyalar mövzusunda deyil, regiondakı digər məsələlərlə əlaqədar Donald Trmp hökumətinin siyasətini davam etdirdiyini bildirib.

“ABŞ hökumətinin duyğusal davranışı, böhrana yol açan və bölgə xalqı üçün gərginlik və problem yaradan addımlar əvəzinə istiqamətini düzəltməlidir. Buraxsın, region xalqları müdaxilə olmadan öz taleləri ilə bağlı qərar versin. ABŞ-ın etdikləri regionda sabitliyi pozur. Sabitliyin pozulmasının qurbanlarından biri də ABŞ-ın özü olacaq”, - XİN rəsmisi deyib.

Məlumat üçün xatırladaq ki, ABŞ qırıcıları İraqda iki, Suriyada isə bir neçə obyektə hava zərbələri endirib. Bu obyeklər İran meylli silahlı dəstələrin silah anbarları olub.


Müəllif: Cavad

Oxşar xəbərlər