Hindistan ordusu nüvə başlığı daşıya bilən yeni nəsil raket sistemini test etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Hindistan Müdafiə Araşdırma və İnkişaf Xidməti tərəfindən inkişaf etdirilən “AGNİ” model raket bu gün səhər saatlarında Benqal körfəzinin sahillərindəki Əbdül Adasından havaya buraxılıb.
Raketin inkişaf etdirilmiş yeni variantının hədəflərin hamısını vurduğu açıqlanıb.
Mənzili 1000 və 2000 kilometr olan raket sisteminin nüvə başlığı daşıya biləcəyi xüsusilə qeyd edilib.