28 İyun 2021 16:23
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada bir gündə koronovirusdan ölənlərin sayında antirekord qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, iyunun 27-də Rusiya paytaxtında 124 nəfər koronavirusdan dünyasını dəyişib. Bu pandemiya başlanandan qeydə alınmış ən böyük göstəricidir.

Bir gündə Moskvada 7 246 yeni xəstə aşkarlanıb, 4 433 xəstə sağalıb. Hazırda paytaxtda 175 682 nəfər COVID-19 virusunun törətdiyi xəstəlikdən müalicə alır ki, bu da pandemiya dövrünün ən yüksək göstəricisidir.

Moskva meri Sergey Sobyanin şəhərdə epidemioloji vəziyyəti “olduqca ağır” kimi qiymətləndirib. Onun sözlərinə görə, son həftə ərzində həm virusa yoluxanlar, həm də reanimasiyada müalicə alanlar, eləcə də vəfat edənlərin sayı həddindən çox artıb. Moskvada tətbiq edilən məhdudiyyətlər, o cümlədən restoran və kafelərə QR kodlarla buraxılması kimi tədbirlər nəticəsində peyvənd vurdurmaq istəyənlərin sayında xeyli artım müşahidə olunur.

S.Sobyanin xatırladıb ki, hazırda şəhərdə tüğyan edən yeni koronavirusun “delta” ştamı daha qorxulu və təhlükəlidir. O, şəhər sakinlərini özlərini qorumağa və peyvənd vurdurmağa çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər