29 İyun 2021 10:35
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan Xarici İşlər Nazirliyi Baş nazir İmran Xanın sabiq sözçüsü Seyid Zülfüqar Buharinin İsrailə səfər etdiyinə dair iddiaları rədd edib.

Teleqraf.com xəbər verir ki, Pakistan XİN-in sözçüsü Zahid Hafiz Çavdri bu barədə yayılan xəbərlərin əsassız olduğunu bəyan edib.

Sözçü deyib ki, İmran Xanın sabiq sözçüsü İsrailə səfər etməyib və orada hər hansı bir danışıqlar aparmayıb.

Diplomat əlavə edib ki, rəsmi İslamabadın İsrail-Fələstin məsələsində mövqeyində dəyişiklik yoxdur.


Müəllif: Cavad

Oxşar xəbərlər