Myanmada hərbi çevrilişə qarşı çıxan daha 16 nəfər haqqında edam qərarı çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Myanma mediası məlumat yayıb.
Qeyd edilib ki, Myanma ordusu üçün məxfi məlumat ötürən üç nəfər Yanqon şəhərində öldürülüb. Bu istiqamətdə aparılan araşdırma çərçivəsində bir neçə nəfər həbs edilib.
Daha sonra Yanqon şəhər hərbi məhkəməsi bu cinayət işində əlaqəsi olan 16 nəfər barəsində edam qərar verilib.
Məlumat üçün bildirək ki, ümumilikdə bu ölkədə hərbi çevrilişə qarşı iştirak edən 41 nəfər barəsində edam qərarı çıxarılıb.