30 İyun 2021 12:35
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq ABŞ prezidenti Donald Trampın vəkili Rudy Giuliani Türkiyə ilə bağlı araşdırmaya cəlb olunacaq.

Teleqraf.com xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi vəkil Giuliani Rza Zarrab və FETÖ terror təşkilatının lideri Fətullah Gülənlə bağlı Türkiyənin lehinə lobbi fəaliyyəti göstərib-göstərmədiyini araşdıracaq.

ABŞ Ədliyyə Nazirliyi bunun cinayət istintaqı olmadığını açıqlayıb. Amma Giulianinin lobbi fəaliyyəti ilə əlaqədar kifayət qədər dəlillər əldə ediləcəyi təqdirdə vəkilin özünün lobbiçi kimi təqdim etməsi lazım gələcək.

Qeyd edək ki, Donald Trampın vəkili bu yaxınlarda Nyu-York əyalətində vəkillik fəaliyyətinə dair lisenziyasının ləğv edilməsi ilə gündəmə gəlmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər