Kanadada davam edən isti hava şəraiti fonunda 26 meşədə yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, daha güclü yanğı Kamlups gölü ətrafında qeydə alınıb.
Yaxınlıqda məskunlaşan 160 ailə ərazidən təxliyə edilib.
Yanğınların söndürülməsinə 10 helikopter, 56 yanğınsöndürən cəlb edilib.
Qeyd edək ki, bu həftə ərzində Kanada tarixində rekord istilik qeydə alınıb.
Ölkənin Alberta, Saskaçevan ştatlarında, eləcə də Arktik ərazilərdə temperatur 45-49 dərəcə olub.