2 İyul 2021 10:05
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Səhiyyə Nazirliyi ölkənin bütün regionlarından götürülmüş nümunələrdə koronavirusun Hindistan ştammını qeydə alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə nazirliyin saytında məlumat yerləşdirilib.

“Nəticələrə görə, Hindistan ştammı bütün regionlarda və Nur-Sultan, Alma-Ata, Çimkent kimi şəhərlərdə aşkarlanıb”, - məlumatda qeyd olunur.

Koronavirusun “Delta” ştammının mutasiyasının mövcudluğu isə DNT nümunələrinin sıralanması başa çatdıqdan sonra müəyyən ediləcəkdir.


Müəllif: Səxavət

Oxşar xəbərlər