Bizim təcili xəbərimiz var. Əfqanıstanda hazırda həqiqətən də tarixi hadisə baş verir. Belə ki, ABŞ və müttəfiqlərinin qoşunlarının çıxarılması göründüyü kimi baş çatdı.
Teleqraf.com xəbər verir ki, bu barədə CNN telekanalının bu səhər yaydığı təcili xəbərlər buraxılışında bildirilib.
Buraxılışın aparıcısı daha sonra deyib:
“ABŞ Müdafiə Nazirliyinin yüksək çinli məmuru CNN-ə sonuncu amerikalı hərbçinin Baqram aviabazasını tərk etdiyini söylədi. Bununla da ABŞ və NATO tərəfindən əfqan xalqının təhlükəsizliyinin təmin olunmasına son verildi. Bu nəhəng obyekt (Baqram aviabazası) Əfqanıstanda hərbi gücün cəmləşmə məntəqəsinə çevrilmişdi”.
Bununla belə 20 illik müharibənin qızğın çağında Əfqanıstanda 100 min hərbçidən ibarət ABŞ kontingentinin olduğunu, indi onların sayının kəskin şəkildə azaldıldığı və Kabildəki Amerika səfirliyinin müdafiəsi, habelə Türkiyə qüvvələrinin gəlişinə qədər Həmid Kərzai adına Beynəlxalq Hava Limanının mühafizəsi üçün min nəfərdən az adam qaldığı bildirilir.