“Ukrayna hökuməti hələ Belarusdan sərhədlərin bağlanması ilə bağlı rəsmi məktub almayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko bildirib.
Onun sözlərinə görə, belə addımdan ilk növbədə Belarus xalqı əziyyət çəkəcək:
“Ukrayna, Belarus prezidenti Aleksandr Lukaşenkonun ölkəmizdən silah tədarükü ilə əlaqədar sözlərini qəti şəkildə rədd edir. Biz heç vaxt Belarusun daxili işlərinə qarışmamışıq. Bunu gələcəkdə də etmək niyyətində deyilik. Şimal sərhədinin təhlükəsizlik məkanı olaraq qalması üçün Minskdən də eyni mövqeyi gözləyirik”.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukraynadan çox sayda silah gəldiyinə görə bu ölkə ilə sərhədi tamamilə bağlamağı tapşırıb.