3 İyul 2021 00:14
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden ölkədə ölüm hökmünün ləğv edilməsinin tərəfdarıdır və bu sahədə moratorium elan edilməsini irəliyə doğru atılmış addım hesab edir.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki deyib.

“Prezident edamlara son qoymaq istədiyini açıq şəkildə bildirdi. O, Baş Prokurorluğun irəliyə doğru addım atmasından məmnundur”, - deyə Psaki bildirib. Qeyd edək ki, bu yaxınlarda Baş prokuror Merrik Qarland ölüm hökmünün federal səviyyədə icrasına moratorium elan edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər