3 İyul 2021 10:33
1 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Britaniya Kolumbiyası əyalətində 719 nəfər anomal isti havanın qurbanı ola bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə koroner xidməti (koroner anqlo-sakson ailə hüququnun bəzi ölkələrində qeyri-adi şəraitdə, yaxud qəfil baş verən ölümləri xüsusi araşdıran və ölüm səbəbini birbaşa təyin edən rəsmi şəxsə deyilir) məlumat yayıb.

“Biz bu məlumatı yayımlayırıq, çünki Britaniya Kolumbiyasında son bir həftədə yaşanan ekstremal hava şəraitinin ölüm sayında əhəmiyyətli artıma səbəb olacağı düşünülür”, - deyə CBC telekanalı əyalətin koroneri Liza Lapointdən sitat gətirir.

O qeyd edib ki, xidmət ötən həftənin cümə günündən bəri Britaniya Kolumbiyasında “qəfil və gözlənilməz ölümlər” barədə çoxlu sayda məlumat qeydə alıb.

Bundan əvvəl Kanadada təxminən 500 nəfərin anomal temperatur qurbanı ola biləcəyi bildirilmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər