Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, müvafiq fərman rəsmi hüquq informasiya internet-portalında yerləşdirilib.
“Rusiya Federasiyasının Milli Təhlükəsizlik Strategiyasını təsdiq edirəm”, - fərmanın mətnində deyilir.
Fərmanın imzalandığı gündən qüvvəyə mindiyi qeyd olunur.