ABŞ-ın Florida ştatında yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Mamayi-Deyd dairəsinin rəhbəri Daniela-Livayn Kava deyib.
Onun sözlərinə görə, bu gün daha 2 nəfərin meyiti aşkarlanıb: "Ölənlərin ümumi sayı 24 nəfər təşkil edir".
Dairənin rəhbəri əlavə edib ki, 124 nəfərin taleyi hələki məlum deyil.