5 Noyabr 2014 01:08
790
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriya Respublikası 2016-cı ildə ATƏT sədri olacaq Almaniya ilə birlikdə “ardıcıl sədrlik” həyata keçirmək niyyətindədir.

Teleqraf.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avstriyanın kansleri Verner Fayman bildirib.Onun sözlərinə görə, Avstriya Nazirlər Kabinetinin bugünkü iclasında qərara alınıb ki, ölkə 2017-ci ildə ATƏT-ə sədrlik etmək haqqında namizədliyini irəli sürsün.

Eyni zamanda, bu ölkə Almaniya ilə birlikdə ATƏT çərçivəsində iki illik fəaliyyət planı tərtib etmək, prioritetlər müəyyən edərək birgə həllinə çalışmaq qərarı verib. “Vyana beynəlxalq danışıqlar üçün vacib meydanlardan biridir və mən bu qərarı doğru hesab edirəm”, - deyə kansler V.Fayman bildirib.

Qeyd edək ki, Almaniya ATƏT sədrliyini Polşa ilə ardıcıl şəkildə gerçəkləşdirmək və namizədliyini bu ölkə ilə birlikdə irəli sürmək istəyirdi, amma Varşava maddi səbəblərə görə bu ideyadan imtina edib.


Müəllif:

Oxşar xəbərlər