4 İyul 2021 17:15
3 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Baş naziri İmran Xanın Milli Təhlükəsizlik müşaviri Muid Yusif Hindistanla münasibətlər barədə danışıb.

Teleqraf.com xəbər verir ki, Muid Yusif Hindistanla müzakirələrin başlaması üçün artıq arxa planda belə hər hansı təmasın olmadığını bildirib.

O, Hindistanın müzakirələrə başlamaq üçün Pakistana yaxınlaşmaq istədiyini deyib: "Bizə yaxınlaşan Hindistan idi. Onlar Kəşmir daxil olmaqla bütün mübahisəli məsələləri müzakirə etmək istədiklərini söylədilər".

Muid Yusif Hindistanın Pakistanla görüş istəyinin nə zaman və harada olduğuna dair detalları açıqlamayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər