4 İyul 2021 20:55
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir Prezidenti Əbdülfəttah əl-Sisi Aralıq dənizində - Liviya ilə sərhəddən 135 kilometr aralıdakı Masra Matruh şəhəri sahillərində strateji dəniz bazasının açılışını edib.

Teleqraf.com xəbər verir ki, açılış mərasimində Əbu-Dabi vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid əl-Nəhyan və Liviya Prezident Şurasının sədri Məhəmməd əl-Manfi iştirak ediblər.

Misir Prezidenti mərasimdə qeyd edib ki, yeni dəniz bazası qanunsuz miqrasiyanın qarşısını almaqla yanaşı, həmçinin Aralıq və Qırmızı dənizlər arasında naviqasiya təhlükəsizliyini möhkəmləndirəcək. İnauqurasiya zamanı Fransa istehsalı olan iki ədəd “Mistral” hərbi helikopteri, Almaniyadan alınmış esmines və İtaliyanın FREMM freqatının müşayiəti ilə Misirin dövlət bayrağı qaldırılıb, təlim məqsədilə raketlər atılıb və hərbçilər paraşütlə helikopterdən hərbi gəmilərə eniblər.

Ticarət gəmiləri üçün də ayrıca sahil ayrılmış yeni baza 10 kvadratkilometr sahədə yerləşir və burada suyun dərinliyi 14 metrdir.


Müəllif: Teleqraf.com