Fransada cari ilin aprel ayında aşkar edilən II Dünya müharibəsinə aid partlamamış aviabomba zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.
Çəkisi 500 kq olan döyüş sursatı Fransanın şərqində, La Rikamarı kommunasında aparılan tikinti işləri zamanı tapılıb.
İstehkamçıların mərmini zərərsizləşdirə bilməsi üçün yaxın ərazi 130 polis tərəfindən mühasirəyə alıb və təqribən 1,8 min insan təxliyyə edilib.
Mütəxəssislərə görə, mərmi 1944-cü ilin martında, Normandiyada müttəfiqlərin böyük əməliyyatının başlamasından bir neçə ay əvvəl Böyük Britaniya hərbi hava qüvvələri tərəfindən atılıb.