Mart ayında Süveyş kanalında altı gün ərzində nəqliyyatın qarşısını kəsən yük konteynerləri daşıyan "Ever Given" gəmisi 7 iyulda Misirin əsas su arteriyasını tərk edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə kanal rəhbərliyi məlumat verib.
Tədbirdə həm gəminin məxsus olduğu şirkətin, həm də Süveyş kanalının rəhbərliyi iştirak edəcəklər.
İyunun 30-da "Al Arabiya" telekanalı mənbələrə istinad edərək Süveyş kanalı rəhbərliyinin "Ever Given" gəmisinin sahibi olan şirkətlə su arteriyasına vurulan ziyana görə 540 milyon dollar təzminat ödəniləcəyi barədə razılığa gəldiyini bildirib.