Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının fəal yerdəyişməsi müşahidə olunur. Rus ordusu getdikcə Ukraynanın sərhədlərində cəmləşir.
Teleqraf.com-un UNİAN-a istinadən məlumatına görə, müvafiq açıqlama ilə bu gün NATO-nun baş katibi Yens Stoltenberq çıxış edib.
O, bu haqda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı Frederik Moqerini ilə birgə mətbuat konfransında bildirib.
NATO-nun baş katibi Ukraynanın şərq sərhədlərində Rusiya Federasiyasının böyük miqdarda qoşun toplamasını diqqətlə izlədiklərini vurğulayıb: "Biz görürük ki, Rusiya qoşunları Ukraynayla sərhədə necə yaxınlaşır".
Stoltenberq qeyd edib ki, Rusiya hələ də separatçıları dəstəkləyir, təlimatlandırır və təchiz edir.
Nail Cəlil