Mindən çox əfqan hərbçi radikal “Taliban” hərəkatının yaraqlıları ilə döyüşlərdən sonra Tacikistana doğru çəkilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat xidməti məlumat yayıb.
Müvafiq məlumat Tacikistanın “Xovar” dövlət informasiya agentliyində yerləşdirilib.
“Taliban”la silahlı toqquşma zamanı Əfqanıstan hökumət qoşunlarının 1037 hərbçisi şəxsi heyətin həyatını xilas etmək üçün sərhəd məntəqəsini keçərək Tacikistan Respublikası ərazisinə çəkildi”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, bazar günü, iyulun 4-də “TOLOnews” telekanalı mənbələrə istinadən, “Taliban” tərəfindən Əfqanıstanda 9 rayonun ələ keçirildiyini açıqlayıb.