Nur-Sultanda Dina Nurpeisovanın şərəfinə abidənin təntənəli açılışı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Kazinform” Beynəlxalq İnformasiya Agentliyi məlumat yayıb.
Açılış mərasımdə Qazaxıstanın dövlət kstibi Krımbek Kuşerbayev, Baş nazir müavini Yeralı Tuqjanov, bir sıra dövlət orqanlarının rəhbərləri, paytaxt akimi, ictimai xadimlər iştirak edib.
“Qazax və dombra – iki ayrılmaz məfhumudur. Siz çox yaxşı bilirsiz ki, müqəddəs musiqi alətinin rolunu və dəyərini qaldırılması üçün Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayev fərmanı ilə xüsusi gün – Dombra Gününü təsis edib. Bu, indiki nəslin milli dəyərlərə olan hörmətini göstərir. Dombra Günü ərəfəsində dövlət başçısı Kasım-Jomart Tokayevin qərarına əsasən, müstəqilliyinin 30 illiyi çərçivəsində paytaxtın mərkəzində küy musiqi üslubunun anası olmuş Dina Nurpeisovanın şərəfində abidə açılır. Bugünkü tədbir böyük simvolik mənaya malikdir”, - deyə Dina Nurpeisovanın yaradıcılıq irsinin rolunu qeyd edən Krımbek Kuşerbayev bildirib.
Dövlət katibi abidənin açılışında verdiyi töhfələrə görə Nur-Sultanın akimatına, Atırau vilayətinin sakinlərinə, heykəltəraş Bauırkan Jalına təşəkkürünü bildirib.
Dina Nurpeisovanın davamçısı Toleqen Kuanışevin qeyd etdiyi kimi, küy ifaçısının 160 illik yubileyi şərəfinə paxtaxtın mərkəzində abidə ucaldılıb. Bu təşəbbüsə ölkənin rəhbərliyi özü dəstək verib.
“Heykəl estetik, həmçinin hazırlanması, komapaktlığı cəhətdən yüksək səviyyədə hazırlanıb. Abidənin önəmi nədədir? Abidənin gözünə baxdıqda, nəsillərlə əlaqə yaranır. Həmçinin, gənc nəsildə qazaxların milli musiqi aləti olan dombrada ifa bacarığını təkmilləşdirmək stimulu yaranır”, - deyə Toleqen Kuanışev əlavə edib.
Heykəl Abılay xan və Kuyşi Dina küçələrin kəsişməsində ucaldılıb.
Qeyd edək ki, heykəlin müəllifi heykəltəraş Bauırkan Jalındır. Ümumi hündürlüyü 5,5 metr, heykəlin çəkisi isə 45 ton təşkil edir. Onun hazırlanmasına, montajına və quraşdırılmasına təxminən 3,5 ay vaxt sərf edilib.
Dina Nurpeisova 1861-ci ildə hazırda Qərbi Qazaxıstan vilayətində yerləşən Narın-kum yaşayış məntəqəsində anadan olub. Dombrada ifanı atasından öyrənib, sonradan isə onun müəllimi Kurmanqazı olub. 1937-ci ildə məşhur musiqişünas Axmet Jubanovun tapşırığı ilə dombraçı Smaqul Koşekbayev Dina Nurpeisovanı Həştərxan vilayətinin Marfinsk rayonunun Kozlovo kəndində tapıb və Alma-Ataya aparıb. Və artıq payızda o, ikinci respublika xalq istedadların toplantısında ilk uğura imza atıb. Burada o, “Bülbül” adlı küyü və Kurmanqazının “Teremurat” və “Kayran şeşem” əsərlərini məhratcəsinə ifa edib. Münsiflər onu yekdiliklə birinci yerə layiq görüb. 1944-cü ildə ona Qazaxıstan SSR-in xalq artisti fəxri ad verilib. Sonuncu koserti dombraçı veteran 1952-ci ildə 91 yaşında verib. Dina Nurpeisova 31 yanvar 1955-ci ildə vəfat edib. Dina Nurpeisovanın əsərləri, həmçinin, “Bülbül”, “Keqen tüp”, “Bayjuma”, “Jiger” küy ifaları qazax dombra musiqisinin incilərinə çevrilib.