7 İyul 2021 21:37
392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) Əfqanıstanla sərhəddə yaranan problemlə bağlı kömək istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Düşənbənin KTMT-dəki daimi nümayəndəsi Həsən Sultonov şurasının iclasında bildirib.

O, daimi şuranın iclasında çıxış edərkən deyib ki, Tacikistan Əfqanıstanla ən uzun sərhəddə yerləşən bir ölkə olaraq, vəziyyəti nəzarətdə saxlamaq, habelə bu ölkədən gələn təhdid və problemlərə qarşı mübarizə üçün lazımi tədbirlər görür: “Lakin bölgədəki mövcud vəziyyəti və Əfqanıstanla sərhədin müəyyən hissələrinin ucqar dağlıq ərazidə yerləşməsini nəzərə alsaq, bu vəzifənin öhdəsindən tək gəlmək çətin görünür. Bunla bağlı Tacikistan KTMT-dən "adekvat cavab" tələb edir. Cənub sərhədlərini qorumaq üçün potensial imkanları gücləndirmək lazımdır”.

Sultonov əlavə edib ki, bu çərçivədə Kollektiv Təhlükəsizlik Şurasının 23 sentyabr 2013-cü il tarixli, “Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsində Tacikistan Respublikasına yardım göstərilməsi haqqında "qərarının icrasını təmin etmək zərurəti aktual olaraq qalır: “Buna görə də quruma üzv dövlətləri bu sənədin tam həyata keçirilməsinə töhfə verməyə çağırırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər