8 İyul 2021 14:07
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə dövlət katibi Kleman Bon bildirib ki, Parisin fikrincə, Avropa İttifaqı ölkələri koronavirus əleyhinə Rusiya və Çində istehsal olunan vaksinləri tanımamalıdır.

Teleqraf.com xəbər verir ki, dövlət katibi bunu “France 2”nin efirində bəyan edib.

O qeyd edib ki, Fransada effektivliyinə əmin olduqları vaksinlərə icazə verilməsi vacibdir.

“Hazırda Fransada və Avropada, eləcə də bir sıra digər ölkələrdə tanınanlar yalnız dörddür. Fransa bir sıra digər peyvəndlərlə, o cümlədən Rusiya və Çində istehsal olunanlarla bağlı tərəfdaşlarına deyir: “Ehtiyatlı olun, bu peyvəndlərə yox deyin”, - deyə Bon bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər