ABŞ-ın Florida ştatının Serfsayd şəhərciyində çökmüş yaşayış binasının dağıntıları altından çıxarılan meyitlərin sayı 60-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava brifinq zamanı bildirib.
“Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq, indiyədək çıxarılmış meyitlərin sayı 60-a çatıb. 80 nəfərin aqibəti isə hələ də bəlli deyil”, - deyə o vurğulayıb.
Axtarış-xilasetmə tədbirləri davam edir.
Qeyd edək ki, 12 mərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. İlk gün ərzində dağıntılar altından 37 nəfər sağ çıxarılıb.